Konfrans Liqası: “Zirə”nin potensial rəqibləri azaldı
“Zirə”nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Msport.az xəbər verir ki, “qartallar”ın mümkün rəqibləri 5-ə düşüb.
Bunlar “Torpedo” (Gürcüstan), “Velej” (Bosniya və Herseqovina), “Yelimay” (Qazaxıstan), “Elbasani” (Albaniya), “Petrovats”dır (Monteneqro).
Qeyd edək ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq.







