featured-image-1471

Polşa çempionatında 29-cu turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) öz meydanında”Lex”ə 0:1 hesabı ilə uduzub.

Krivotsyuk iki oyundan sonra heyətə qayıdıb və sonadək meydanda olub. O, 5-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, “Visla” 29 turdan sonra 42 xalla 18 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Bənzər xəbərlər