featured-image-2405

Bu gün Azərbaycan kubokunda finala yüksələn hər iki komandanın adı məlum olacaq. “Qarabağ” ilk oyunda “Qəbələ”ni səfərdə 3:1 hesabı ilə məğlub etdiyindən demək olar ki, həlledici oyuna vəsiqəni təmin edib.

Şübhəsiz ki, əsas mübarizə “Bakcell Arena”da “Neftçi” ilə “Zirə” arasında gedəcək. İlk matçda qolsuz bərabərlik qeydə alındığından oyunun əlavə vaxta kimi uzanması ehtimalı var. Əslində məqsədimiz hansı komandanın finala layiq olduğunu, kimlərin daha şanslı göründüyünü araşdırmaq deyil.

Təsəvvür edin ki, 28 gündən sonra – mayın 27-də Azərbaycan kubokunun final oyunu keçiriləcək və hələ də matçın harada oynanılacağı bəlli deyil.  Adətən dünyanın əksər ölkələrində mövsümün əvvəlində finalı hansı stadionun qəbul edəcəyi elan olunur. Amma Azərbaycan futbolunun daha bir özəlliyi: PFL nə vaxt ürəyi istəsə, onda da qərarını açıqlayır.

Hələ mövsümün ortalarında kuluarlarda Şamaxı variantı barədə söz-söhbət gəzirdi. Amma finala “Qarabağ” və “Neftçi” vəsiqə qazansa, cəmi 2000 tamaşaçı tututmuna malik olan stadion bu işin öhdəsindən gələ bilməyəcək. Hər iki komandanın yetərincə azarkeşi olduğundan qarşılaşmaya ən azı 5-6 min tamaşaçının gəlməsini proqnozlaşdırmaq olar.

Çox baş sındırmayaq, gözləyək görək, yarımfinal oyunlarından sonra PFL hansı qərarı verir.

Bənzər xəbərlər