featured-image-1506

“Bildiyiniz kimi, Premyer Liqamızda 6+4+1 limiti var. Birinci divizionda isə 6+5, yəni 5 gənc futbolçu olmalıdır”.

Msport.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev deyib.

Klublar Komitəsinin bugünkü iclasında iştirak edən PFL rəsmisi yığıncaqda müzakirə olunan məsələlər barədə danışıb: “Onu da bilirsiniz ki, yeni qaydalara əsasən oyun zamanı 5 dəyişiklik etmək olar. Bütün bunlarla bağlı müzakirələr oldu. Hər klub öz fikrini dedi və hamısı qeydə alındı. Dəyişiklik məsələsi belədir ki, məcburi deyil oyun zamanı 5 əvəzetmədən istifadə edəsən. 3, 4 yaxud da 5 əvəzetmə edə bilərsən. Ancaq əsas odur ki, bunu 3 dəfəyə edəsən. Bəzi klublar dedi 5 olsa yaxşıdır, bəzisi dedi 3 olsun. Bəziləri bildirdi ki, bizim üçün fərqi yoxdur. Legioner limiti də onun kimi. Hərə öz fikrini bildirirdi və əsaslandırırdı. Məsələ AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq”. (Qol.az)

Xatırladaq ki, hələlik Azərbaycan Premyer Liqasında 3 əvəzetmədən istifadə olunur.

Bənzər xəbərlər