Mahir Emreli: "Bu, mənim üçün çox vacib idi"
Millimizin üzvü Mahir Emreli “Dinamo Zaqreb”in heyətində vurduğu ilk qolu şərh edib.
Msport.az xəbər verir ki, 24 yaşlı hücumçu Xorvatiya çempionatında “Riyeka”nı məğlub etdikləri (2:1) matçda fərqlənib. O, klubun mətbuat xidmətinə açıqlamasında komandasına kömək edə bildiyi üçün xoşbəxt olduğunu deyib: “Çətin matç oldu. Bilirik ki, hər qələbə bizim üçün vacibdir. Oyuna yaxşı başlamadıq. Düşünürəm ki, buraxılan qoldan sonra nəzarəti ələ aldıq, yaxşı oynamağa başladıq.
İkinci hissədə qolumuzu vurduq. “Dinamo”da ilk qolumu vurduğum üçün xoşbəxtəm. Bütün komandamı, azarkeşlərimizi təbrik edirəm. Şükürlər olsun ki, qol vura bildim. Bu, mənim üçün çox vacib idi. Bütün komanda yoldaşlarıma, məni dəstəkləyənlərə, məşqçilər korpusuna təşəkkür edirəm. İşləməyə davam edəcəyik. İrəlidə vacib oyunlar var. Növbəti matçlara hazırlaşacağıq”