Maksimdən rekord - 500-cü oyun!
Maksim Medvedev oyun sayında rekordçusu olduğu “Qarabağ”da 500-cü matçını keçirib.
Msport.az xəbər verir ki, yubiley Premyer Liqanın 22-ci turuna təsadüf edib. Sumqayıtda eyniadlı komanda ilə səfər görüşü (3:0) 33 yaşlı müdafiəçinin 500-cü oyunu olub. Maksim bu matçlarda 17 qol vurub. O, Premyer Liqada 340 (12 qol), avrokuboklarda 114 (3 qol), ölkə kubokunda 46 (2 qol) matça çıxıb.
Qeyd edək ki, karyerası ərzində yalnız “Qarabağ”da çıxış edən müdafiəçi yetirməsi olduğu klubun əsas komandasında 2006-cı ildə debüt edib.