featured-image-3083

Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində baş tutan “Qəbələ” ilə oyunda zədələnən “Zirə”nin qapıçısı Mehdi Cənnətov 2-3 həftə oynamayacaq.

Msport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov məlumat verib.

Onun sözlərinə görə, təcrübəli qolkiperin Azərbaycan kubokunun finalında “Qarabağ”a qarşı oynaması da sual altındadır.

“Qarabağ”la “Zirə” arasındakı final qarşılaşması mayın 27-də Qəbələdə baş tutacaq. Bu gün sözügedən komandaların çempionat matçında qalib müəyyənləşməyib – 0:0.

Bənzər xəbərlər