featured-image-1206

“Zirə” ilə matçda (3:1) komandasının ikinci qolunu vuran “Sabah”ın futbolçusu Coy-Lens Mikels klubun tarixinə düşüb. 

Msport.az klubun saytına istinadən xəbər verir ki, cari mövsümdə 9-cu dəfə fərqlənən  almaniyalı vinger “Sabah”ın heyətində yüksək liqada bir mövsümdə ən çox qol vuran oyunçu olub. Əvvəlki rekord Marko Deviçə məxsus idi – 8 qol. Bundan əlavə, Mikels həm də Deviçlə birgə “Sabah”ın Premyer Liqada ən çox qol vuran futbolçusudur.

28 yaşlı oyunçu  ümumi qolların sayına görə liderdir – 12 qol (9 qol çempionatda, 3 qol ölkə kubokunda).

Mikels Azərbaycan Premyer Liqasının cari mövsümünün bombardirlər siyahısında ikinci pillədə yer alıb.

Bənzər xəbərlər