Millimiz Gürcüstan və Zambiya ilə qarşılaşacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanda təşkil ediləcək UEFA İnkişaf turnirində iştirak edəcək.
Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 10-dan 16-dək keçiriləcək yarışda U-17 Gürcüstanın və Zambiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Komandamız urnirə hazırlıq məqsədilə mayın 7-dən 10-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Millinin oyunlarının təqvimi və komandanın heyəti:
13 may
17:00. Azərbaycan – Zambiya
16 may.
17:00. Azərbaycan – Gürcüstan
Osman Hüseynov (Riqa, Latviya), Sadiq Məmmədzadə (Səbail), Musa Məmmədov (Qarabağ), Ayxan Qaracayev (İUGOEM), Hüseyn Hüeynov (Turan Tovuz), Kənan Feyziyev (Sumqayıt), Əhməd Tarverdiyev (Sabah), Allahverdi Rəhimov (Qəbələ), Taleh Mahmudzadə (Neftçi), Dinamin Bağırov (Turan Tovuz), Murad Məmmədov (Neftçi), İlkin Cədərli (Qarabağ), İlkin Budaqov (Qəbələ), Sadiq Məmmədli (İUGOEM), Teymur Mirzəyev (Sabah), Nihad Əhmədzadə (Sumqayıt), Məhəmməd Allahverdiyev (İUGOEM), Əşrəf Ələkbərli (İUGOEM), Davud Mənsimov (Qarabağ), Enar Ağalarov (Nefçi).