Millimiz Litva səfərində
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2026/27 mövsümündə ilk oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda D Liqasının 2-ci qrupunun 2-ci turunda səfərdə Litvanın qonağı olacaq.
“Dariaus ir Gireno” stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Litva da Azərbaycan millisi kimi ötən mövsüm C Liqasında çıxış edib və qrupda sonuncu olaraq D Liqasına düşüb.
Qeyd edək ki, Azərbaycan millisi bu gün ilk oyununa çıxacaqsa, bu, Litvanın 2-ci matçı olacaq. Litvalılar ilk turda Lixtenşteynə 2:0 hesabı ilə qalib gəlib.
Millimiz qrupda növbəti oyununu oktyabrın 1-də evdə Lixtenşteynə, daha sonra isə oktyabrın 4-də yenidən Litvaya qarşı keçirəcək.
27 sentyabr
UEFA Millətlər Liqası
D Liqası, 2-ci Qrup, 2-ci tur
17:00. Litva – Azərbaycan
Hakimlər: Menelaos Antoniu, Pavlos Qeorqiu, Eraklis Komodromos, Konstantinos Fellas, Marios Xristoforou (VAR), Dimitris Solomu (AVAR)
“Dariaus ir Gireno” stadionu (Kaunas)







