featured-image-83032

Azərbaycan millisi  UEFA Millətlər Liqasının 2026/27 mövsümündə ilk oyununa çıxıb.

Msport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda D Liqasının 2-ci qrupunun 2-ci turunda səfərdə Litva ilə üz-üzə gəlib. “Dariaus ir Gireno” stadionda keçirilən qarşılaşma heç-heçə başa çatıb – 1:1.

Qeyd edək ki, Azərbaycan millisi bu gün ilk oyununa çıxması fonunda bu, Litvanın 2-ci matçı olub. Litvalılar ilk turda Lixtenşteynə 2:0 hesabı ilə qalib gəlib..

Millimiz qrupda növbəti oyununu oktyabrın 1-də evdə Lixtenşteynə, daha sonra isə oktyabrın 4-də yenidən Litvaya qarşı keçirəcək.

27 sentyabr

UEFA Millətlər Liqası
D Liqası, 2-ci Qrup, 2-ci tur

17:00. Litva – Azərbaycan – 1:1

Qol: Kuçis, 9-pen. (1:0), Mahir Emreli, 14 (1:1)
Hakimlər: Menelaos Antoniu, Pavlos Qeorqiu, Eraklis Komodromos, Konstantinos Fellas, Marios Xristoforou (VAR), Dimitris Solomu (AVAR)
“Dariaus ir Gireno” stadionu (Kaunas)

Bənzər xəbərlər