Millimiz mübarizəni dayandırdı
19 yaşadək qadın futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəni dayandırıb.
Msport.az xəbər verir ki, B liqasında çıxış edən yığmamız son oyununda Şimali İrlandiya millisi ilə qarşılaşıb.
Şimali Makedoniyanın Larn şəhərində keçirilən görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk oyunda Farer adalarına 2:0 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Maltaya uduzub – 1:2.