Millimiz ümumkomanda hesabında 6-cı oldu
Qadınlardan ibarət güləş üzrə milli komandamız Avropa çempionatında çıxışını başa vurub. Msport.az xəbər verir ki, yığmamız ümumkomanda hesabında 79 xalla 6-cı yeri tutub.
Güləşçilərimiz qitə çempionatında 2 medal qazalıblar. Mariya Stadnik (50 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 57 kq çəki dərəcəsində mübarizə aparan Jalə Əliyeva isə gümüş mükafat əldə edib.
Ukrayna yığması 157 xalla 1-ci olub. Türkiyə (136 xal) 2-ci, Bolqarıstan (94 xal) 3-cü nəticə göstərib.