Millimiz yenə uduzdu
Belarusun paytaxtı Minskdə təşkil olunan II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edən futzal üzrə 19 yaşadək Azərbaycan millisi bu gün ikinci oyununu keçirib.
Msport.az xəbər verir ki, qırğızıstanlı həmyaşıdları ilə qarşılaşmaya komandamız yaxşı başlayıb. Hesabı açan futzalçılarımız fasiləyə qədər daha bir qol vursa da, üstünlüyünü qoruya bilməyib. Tərəflər paltardəyişmə otağına 2:2 hesablı heç-heçə ilə yollanıb. U-19-un qollarını Rüfət Məmmədli və Fərid Abbasov vurub. İkinci hissədə rəqib daha üstün olub və 3 cavabsız qol vurub. Yekunda matç qırğız futzalçıların 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz ilk matçda Belarus millisinə 1:7 hesabıyla uduzmuşdu.