featured-image-5241

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.

Msport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Xudiyev Finlandiya və Norveçin 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasındakı Avropa çempionatının seçmə oyununda iş başında olacaq.

Qarşılaşma iyunun 10-da keçiriləcək.

Hər iki komanda Azərbaycanla birlikdə A qrupunda yer alıb.

Bənzər xəbərlər