featured-image-1829

Milli komandamızın sabiq futbolçusu Mirbağır İsayevin 10 oyun stadionlara girişinə qadağa qoyulub.

Msport.az xəbər verir ki, AFFA İntizam komitəsi bu gün belə qərar qəbul edib.

U-17 Liqasının aprelin 16-da keçirilən “Keşlə” – “Səbail” matçında “Səbail” klubunun rəsmisi olan İsayev AFFA rəsmilərini təhqir etdiyi üçün 10 oyun stadiona girişinə qadağa qoulur. (maddə 73.2)

Qeyd edək ki, İsayev “Səbail” akademiyasının direktoru postunu tuturdu.

“Neftçi”, “Qarabağ” kimi klublarda çıxış etmiş İsayev milli komandamızda 10 oyunda meydana çıxıb, 1 qol vurub. O, 17 yaşlılardan ibarət yığmamızın da baş məşqçisi işləyib.

Bənzər xəbərlər