MMA döyüşçüsü hərbi pilotu öldürdü, pul qarşılığında azadlığa buraxıldı
ABŞ-da MMA döyüşçüsü Ross Conson dava zamanı Hərbi Hava Qüvvələrinin pilotu Deyvon Larrini qətlə yetirib.
Msport.az-ın məlumatına görə, hadisə Panama-Siti şəhərindəki barlardan birində baş verib.
Bir qrup şəxsin dava etdiyini görən Larri onları ayırmağa çalışıb. Bu zaman idmançı əlində içki şüşəsini pilotun başına çırpıb. Kəllə sümüyü sınan Larrinin beyninə qan sızıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Polislər Consonu bir müddət sonra saxlasalar da, döyüşçü 250 min dollar girov qarşılığında azadlığa buraxılıb.