“Mövqeyimiz bəllidir! Samir Abasov, istefa!”
“Neftçi” azarkeşləri növbəti dəfə komandanın baş məşqçisi Samir Abasovun Premyer Liqanın 26-cı turu çərçivəsində keçirilən “Qəbələ” ilə səfər oyunundan (0:1) sonrakı açıqlamasına etirazlarını bildiriblər.
Msport.az xəbər verir ki, fanatlar öz aralarında futbol oynayarkən belə bir pankart açıblar. Pankartda “Mövqeyimiz bəllidir! Samir Abasov, istefa!” sözləri yazılıb.
Xatırladaq ki, Abasov “Qəbələ” ilə oyunda onu istefaya səsləyən azarkeşlərlə bağlı bunları dilə gətirmişdi:
“Mövqeyi olmayan adamlardır. Onlar məni bir neçə ay öncə göyə atan adamlardır. Həm də məni bura rəhbərlik gətirib, azarkeşlər gətirməyib. Rəhbərlik nə vaxt istəsə, onda istefaya gondərəcək. Boş verin”.