featured-image-2776

“Neftçi”nin hücumçusu Tyaqo Bezerra mövsümdə10-cu qolunu vurub.

Msport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı forvard Premyer Liqanın XXV turunun “Sumqayıt”la səfər oyunundakı (2:0) dublla qol sayını ikirəqəmli ədədə çatdırıb.

Bezerra son 13 mövsümdə 10 və ya daha çox qol vuran 35 yaşı arxada qoyan yeganə futbolçudur.

Azərbaycan çempionatında belə veteran bombardirə sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub. Amiran Muciri “Bakı”nın heyətində 11 qolla yadda qalıb.

Bənzər xəbərlər