featured-image-3178

“Neftçi”nin baş məşqçisi Samir Abasovun klubdakı teleyinə mövsümün sonunda aydınlıq gələcək.

Msport.az xəbər verir ki, bu barədə klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, mayın sonunda Müşahidə Şurasının iclası olacaq:

“Dəqiq tarix hələlik bəlli deyil. Mayın 21-də sonuncu – XXVIII tur matçından sonra Müşahidə Şurası toplaşacaq. Burada müqaviləsi başa çatan baş məşqçi ilə bağlı qərar veriləcək, həmçinin klubun növbəti mövsüm üçün büdcəsi və hədəfləri müəyyənləşəcək”. (Report.az)

Qeyd edək ki, Samir Abasov “Neftçi”yə 2020-ci ilin noyabrında baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında 2020/2021 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olub. “Ağ-qaralar” cari mövsüm 26 oyundan 50 xalla ikinci pillədə qərarlaşıb və gümüş medalları təmin edib.

Bənzər xəbərlər