Namik Ələskərovun komandası üçün böyük mükafat - 5 milyon!
Milli komandamızın üzvü Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” klubu Türkiyə 1-ci Liqasında qalsa, futbolçulara böyük mükafat veriləcək.
Msport.az bu iddia ilə türkiyəli idman yazarı Serkan Yetişmişoğlu çıxış edib. Onun sözlərinə görə, klub rəhbərliyi tapşırığın öhdəsindən gələcəkləri halda, komandaya 5 milyon lirə mükafat ayıracaq.
“Bursaspor”un yeni prezidenti Ömer Furkan Banazın komanda ilə görüşündə bu barədə açıqlama verdiyi bildirilib.
“Bursaspor” 31 turdan sonra 31 xalla 19 komanda arasında 18-ci yeri tutur.