featured-image-1466

Müdafiədən oynamalısansa, deməli, canını ortaya qoymalısan ki, rəqibə şans verməyəsən. Komandamız da bunu yetərincə yaxşı bacardı”.

Msport.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov “Sabah”a 1:0 hesabı ilə qalib gəldikləri oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis maraqlı oyuna şahidlik etdiklərini bildirib: “Qələbənin yaxşısı və ya pisi olmur. Necə lazım idisə, o cür də oynadıq. Baxmayaraq ki, kifayət qədər itkilərimiz var idi. Bu cür rəqibə qarşı iki əsas müdafiəçisiz meydana çıxmışdıq. Matçın gedişində də müdafiəçilərdən birinə nəsə olsaydı, ondan sonra nələr baş verərdi, bilmirəm. Düşünürəm ki, layiqli qələbə qazandıq. Artıq ölkə kubokuna hazırlaşacağıq”. (Report.az)

Bənzər xəbərlər