featured-image-5384

“Neftçi” Samir Abasovun məşqçilər korpusuna daxil olan mütəxəssislərin heç biri ilə müqavilə müddətini uzatmayıb.

Msport.az xəbər verir ki, klubun rəsmi saytı bu barədə məlumat yayıb.

Köməkçi məşqçilər – Seymur Rəhimov, Vəfadar Quliyev, Mübariz Orucov, qapıçılar üzrə məşqçi Etibar Tarıverdiyev və fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo ilə başa çatan müqavilənin müddətinin uzadılmamasına qərar verilib.
Qeyd edək ki, Etibar Tarıverdiyev 2018-ci ilin iyunundan, Seymur Rəhimov və Vəfadar Quliyev 2020-ci ilin noyabrından, Eduardo Karo 2021-ci ilin yanvarından, Mübariz Orucov isə 2021-ci ilin iyunundan “Neftçi”də çalışırdı.

Bənzər xəbərlər