Ovusu Kvabena xəstəxanaya yerləşdirildi
Türkiyənin “Ankaragücü” klubunda icarə əsasında çıxış edən “Qarabağ”ın futbolçusu Ovusu Kvabena ağır xəstəlik keçirib.
Msport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin Futbol Şöbəsinin koordinatoru Emre Yıldız açıqlama verib.
Qeyd edək ki, cari mövsümün əvvəlindən “Ankaragücü”ndə çıxış edən Ovusu Kvabena meydana çıxdığı 23 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.