Ozan Can Kökçü Türkiyə klubunda - RƏSMİ
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni klubu müəyyənləşib.
Msport.az xəbər verir ki, Türkiyənin “Vanspor” klubu 27 yaşlı yarımmüdafiəçini heyətinə qatdığını açıqlayıb.
Oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ozan Can Kökçü son olaraq Niderlandda “Volendam”ın formasını geyinib. “Vanspor” Türkiyə I Liqasında mübarizə aparır.







