featured-image-4482

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən 10 klubun hər birinə eyni məbləğdə vəsait ayırılacaq.

Msport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib.

O bildirib ki, bacarığı olan komandalar sponsorlar cəlb edib, əlavə gəlir əldə edəcək: “Bu, onların öz işləridir. Məbləği bilirəm. Amma açıqlaya bilmərəm”.

Bənzər xəbərlər