featured-image-4904

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının sonuncu – 28-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Zirə” – “Şamaxı” oyununda “Zirə”nin futbolçusu Hamidu Keyta aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3).

“Qarabağ” – “Nefçti” oyununda “Nefçti”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Bənzər xəbərlər