featured-image-79077

Transfer bazarında fəallığını davam etdirən “Qarabağ” heyətini daha bir legionerlə gücləndirib.

Msport.az xəbər verir ki, Ağdam klubu yenə Portuqaliyadan oyunçu gətirib.

Budəfəki transfer bir müddətdir danışıq aparılan Samuel Lobatodur. 24 yaşlı yarımmüdafiəçi ilə daha öncədən razılıq əldə edən Azərbaycan təmsilçisi, nəhayət ki, klubu “Portimonense” ilə də ortaq məxrəcə gəlib. Portuqaliyalı orta sahə oyunçusunun “Portimonense” ilə 2028-ci ilə qədər müqaviləsi olduğundan, “Qarabağ” qarşı tərəfə təzminat ödəyəcək.

“Sportinq”in yetirməsi Premyer Liqanın gümüş mükafatçısı ilə artıq 3 illik sözləşmə imzalayıb. İndi yalnız transferin rəsmən açıqlanması qalır. “Qarabağ”ın gün ərzində keçidi elan etməsi gözlənilir.

Karyerası ərzində yalnız Portuqaliyada çıxış edən Samuel Lobato daha əvvəl “Famalikao”, B SAD və “Tondela”nın formasını geyinib.

Qeyd edək ki, bu, “Qarabağ”ın yay fasiləsində 3-cü transferidir. Ağdamlılar Lobatoya qədər Jali Mauddib və Zakria Savonu heyətinə cəlb edib.

Bənzər xəbərlər