featured-image-1446

“Qarabağ” Azərbaycan çempionatları tarixində özünün ən böyükhesablı qələbəsini qazanıb.

Msport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu Premyer Liqanın 23-cü turunda “Şamaxı”nı 8:0 hesabı ilə məğlub edib. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısının bunadək ən böyük qələbəsi 7:0 hesabı ilə olub.

“Qarabağ” 1995/96 mövsümündə “Pambıqçı” (Neftçala), 2003/04 mövsümündə “Ədliyyə”ni bu hesabla məğlubiyyətə uğradıb.

“Qarabağ” həm də çempionatda ilk dəfə 7-dən çox qol vurub. Bölgə klubu bunadək 2 matçda 7 qol vurmağı bacarıb.

Bənzər xəbərlər