“Qarabağ”dan legioneri ilə yeni müqavilə
“Qarabağ” FK və Kevin Medina arasında bağlanmış müqavilənin müddəti uzadılıb.
Msport.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
Yeni razılaşmaya əsasən, kolumbiyalı müdafiəçi 2025-ci il iyunun 30-dək bu komandada çıxış edəcək.
Kevin Medina 2020-ci ildən “Qarabağ”ın şərəfini qoruyur.