featured-image-4641

Çempionlar Liqasına hazırlaşan “Qarabağ” iki futbolçu ilə yollarını ayıracaq.

Msport.az xəbər verir ki, müqaviləsi başa çatan yarımmüdafiəçilər Xayme Romero və Riçard Almeyda yola salınacaq.

Ağdam klubu bu oyunçularla sözləşməni uzatmayacaq. Milliləşdirilərək yığmamıza da cəlb olunan braziliyalı Almeyda 2011-2018-ci illərdə “Qarabağ”da çıxış edib. 33 yaşlı futbolçu 2021-ci ildə yenidən komandaya qayıdıb.

İspaniyalı Xayme Romero isə 2019-cu ildən “Qarabağ”ın formasını geyinir.

Bənzər xəbərlər