featured-image-2774

Azərbaycan Premyer Liqasının 25-ci turunda çempionluğu təmin edən “Qarabağ”ın evdəki qələbə seriyası qırılıb.

Msport.az  PFL-in saytına istinadən xəbər verir ki,  Ağdam klubu mövsümdə ilk dəfə öz meydanında xal itirib. Əvvəlki 10 matçın hamısında qalib gələn Qurban Qurbanovun komandası “Sabah”la görüşdə bir xalla kifayətlənib – 1:1.

“Qarabağ”ın doğma divarlar arasında sonuncu xal itkisi ilə 364 gün öncə – 2021-ci il mayın 4-də üzləşmişdi. Həmin vaxt “Zirə” ilə görüş 1:1 başa çatıb. Ötən mövsümün son ev oyununda “Keşlə”ni (indiki “Şamaxı”) iki cavabsız qolla yenən ağdamlılar ümumilikdə ardıcıl 11 ev qələbəsi qazanıb.

Bənzər xəbərlər