“Qarabağ”ın sabiq futbolçusu Braziliya klubu ilə anlaşdı
“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike Türkiyənin “Sivasspor” klubundan ayrılıb.
Msport.az Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 32 yaşlı futbolçu “İnternasyonal”la anlaşıb. O, yeni klubu ilə 2024-cü ilin yayınadək müqavilə imzalayıb.
Xatırladaq ki, Pedro Enrike 2017/2018 mövsümündə icarə əsasında “Qarabağ”ın formasını geyinib. O, 2019-cu ildə müqavilə ilə məxsus olduğu PAOK-dan “Kayserispor”a transfer olunmuşdu.