featured-image-78903

“Qarabağ”ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda keçiriləcək “Sozopol Cup” turnirində iştirak edəcək.

Msport.az xəbər verir ki, 13-18 iyun tarixlərində Tsarevo şəhərində keçiriləcək turnirdə 12 komanda mübarizə aparacaq.

“Qarabağ” C qrupunda “Levski” (Sofiya), “Botev” (Plovdiv) və “Etar”la (Veliko Tarnovo) qarşılaşacaq.

Qrup qalibləri və ikinci yeri tutan komandalardan ən yaxşı göstəriciyə sahib kollektiv yarımfinala vəsiqə qazanacaq.

 

“Sozopol Cup”

C qrupu

14 iyun “Etar” – “Qarabağ”
15 iyun “Qarabağ” – “Botev”
16 iyun “Qarabağ” – “Levski”

Bənzər xəbərlər