featured-image-79003

“Qarabağ” “Portimonense”nin dayaq yarımmüdafiəçisi Samuel Lobato ilə müqavillə bağlamağa yaxındır.

Msport.az xəbər verir ki, bu barədə Portuqaliyanın “Record” nəşri məlumat yayıb.

24 yaşlı portuqaliyalı futbolçu yaxın günlərdə Ağdam klubu ilə müqaviləyə imza atacaq.

Müqavilənin rəsmiləşməsi üçün bəzi xırda detallar qalır.

Lobatonun “Portimonense” ilə 2028-ci ilə qədər müqaviləsi olduğundan “Qarabağ” futbolçunun klubuna kompensasiya ödəməli olacaq.

Transfermarkt saytı Lobatonu 300 min avro dəyərləndirir.

Lobato ötən mövsüm Portuqaliyanın II Liqasında 29 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

O, daha əvvəl “Tondela”, “Famalkao”, “Belenenseş Sad” klublarının da formasını geyinib.

Bənzər xəbərlər