featured-image-4306

UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün statistik göstəriciləri açıqlanıb.

Msport.az xəbər verir ki,  “Qarabağ” turnir ərzində topa ən çox sahib olan klubların siyahısında yer alıb.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 59 faizlə ikinci sırada qərarlaşıb. “Köhlən atlar” bu göstəricidə yalnız 59,9 faizə malik Niderlandın AZ (Alkmar) komandasından geri qalır.

Azərbaycan çempionu dəqiq ötürmələrə görə ilk “5-liy”ə düşüb. “Qarabağ” əsas mərhələdə keçirdiyi 8 matçda 83,9 faiz dəqiqliklə oynayıb.

Bundan əlavə, “köhlən atlar” ən çox küncdən zərbə yerinə yetirən komandalardan biridir. Turnirin qalibi İtaliya “Roma”sı 75, digər finalçı  “Feyenoord” isə “Qarabağ”la birlikdə 66 dəfə topu oyuna künc nöqtəsindən daxil edib.

Xatırladaq ki,  “Roma” həlledici matçda “Feyenoord”u 1:0 hesabı ilə məğlub edib. “Qarabağ” pley-off mərhələsinin hər iki görüşündə Fransa “Marsel”inə uduzub – 1:3, 0:3.

Bənzər xəbərlər