“Qarabağ” yenə “Ferentsvaroş”la görüşəcək
“Qarabağ”ın yay hazırlıq planı məlum olub.
Msport. az xəbər verir verir ki, klubun mətbuat xidməti bu barədə məlumat yayıb
İyunun 10-da Bakıda bir araya gələcək Ağdam klubu hazırlığın ilk mərhələsini paytaxtda keçəcək. Bu mərhələ iyunun 22-dək davam edəcək.
“Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Qurban Qurbanovun komandası hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək.
Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
İyunun 27-si
🇧🇬 ÇSKA (Sofiya)
🕖 19:00 (Bakı vaxtı ilə)
🆚 İyulun 1-i
🇺🇦 Metallist
🕒 15:00 (Bakı vaxtı ilə)
🆚 İyulun 1-i
🇭🇺 Ferentsvaroş
🕗 20:00 (Bakı vaxtı ilə)







