featured-image-5333

“Qarabağ” bu gün yeni mövsüm üçün təlim-məşq toplanışına başlayıb.

Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda axşam saatlarında baş tutan ilk məşqdə yüngül məşqlə kifayətlənib.

“Azərsun Arena”da bir araya gələn Ağdam təmsilçisi tam heyətlə məşq etməyib. Müxtəlif millilərin düşərgəsində olan futbolçulardan başqa, İbrahima Vadji, Abdullah Zubir, Kevin Medina və Türkiyənin “Ankaragücü” klubundan icarədən qayıdan Ovusu Kvabena hazırlığa qatılmayıb. Onlar hazırlığa daha sonra qoşulacaqlar.

Bənzər xəbərlər