"Qazaxıstanın qollarına mərc edərdim" - Anatoli Bışovets
Tanınmış rusiyalı məşqçi Anatoli Bışovets iyunun 3-də Millətlər Liqasının ilk turu çərçivəsində keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu ilə bağlı fikirlərini bildirib.
Msport.az xəbər verir ki, 1988-ci ildə SSRİ yığmasını Olimpiya çempionu edən mütəxəssis meydan sahiblərinin hücum futbolu oynayacağını deyib:
“İmkan düşən kimi Qazaxıstan millisinin oyunlarına baxmağa çalışıram. Xüsusən də “Astana Arena”da keçirilən ev oyunlarına. Orda sanki mistik bir atmosfer yaranır, bütün matçlar maraqlı alınır. Qazaxıstan yığması evdə hücumameyilli oyun nümayiş etdirir, heç kimdən qorxmur və daim irəli gedir. Bu, isə neytral azarkeşlərin ürəyincə olmaya bilməz. İnanıram ki, Qazaxıstan qarşıdakı görüşdə də taktikasını dəyişməyəcək və hücum futbolu oynayacaq. Ona görə də bu matçda meydan sahiblərinin qollarına mərc edərdim”.