"Qəbələ"dən AFFA-nın qərarına münasibət: "Hakim qərarları hər ikisini hövsələdən cıxardıb"
Qəbələ”dən AFFA-nın qərarına münasibət: “Hakim qərarları hər ikisini hövsələdən cıxardıb”
“Qəbələ”nin meneceri Nail Kərimov əvəzedici komandanın futbolçusu Rauf Rüstəmli və meneceri Muraz Muradlının AFFA İntizam Komitəsi (İK) tərəfindən cəzalanmasına münasibət bildirib.
Klub rəsmisi Msport.az-a açıqlamasında bunları söyləyib:
“Hər ikisi ilə İK-in qərarından əvvəl danışıb bunun yaxşı hal olmadığını bildirmişik. Təəssüf ki, hakim qərarları onları hövsələdən cıxardıb və etiraz bir az kobud olub”.
Qeyd edək ki, Rüstəmli və Muradlı I Divizionun XXIII turunun “Araz Naxçıvan”la matçında hakimləri nalayiq ifadələrlı təhqir etdiklərinə görə, oyunçuya 4, klub rəsmisinə isə 5 oyunluq cəza kəsilib. Birbaşa qırmızı vərəqə alan şəxslər klublarını müvafiq olaraq 320 və 400 manat məbləğində cərimələnməsinə də səbəb olublar.
CAHİD







