featured-image-4205

Azərbaycan Premyer Liqasının 2021/22 mövsümündə “Qəbələ”nin heyətində 21 futbolçu meydana çıxıb.

Msport.az xəbər verir ki, baş tutan 28 turda yalnız Ülvi İsgəndərov bütün matçlarda iştirak edib.

O, çempionatın bütün iştirakçıları arasında 28 oyun keçirən üç futbolçudan biridir.

Üç oyunçu – İsnik Alimi, Məqsəd İsayev və Rövlan Muradov yalnız bir oyunu buraxıb. 27 görüşə çıxan üç futbolçudan ikisi bu qarşılaşmaları əvəzolunmadan keçirib. Çempionat ərzində hamıdan çox – 2430 dəqiqə meydanda olan üç futbolçudan ikisi “Qəbələ”nin üzvləridir. Bunlar İsniklə Məqsəddir.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin güvəndiyi 21 futbolçudan 14-ü matçların yarısından çoxunda şans qazanıb. “Qırmızı-qaralar” mövsüm ərzində iki qapıçıya güvənib.

“Qəbələ”nin vurduğu 38 qola 14 oyunçu imza atıb. İsnik Alimi hamıdan çox – 8 dəfə fərqlənib. Ülvi İsgəndərovla Rafael Utziqin hərəsinin aktivində 6 top var. Rövlan Muradov isə üç qola sevinib. 5 futbolçu hərəyə iki, 5 oyunçu isə bir dəfə rəqib qapısına yol tapıb.

futbolçu  oyun  dəqiqə  qol  sarı  qırmızı
Ülvi İsgəndərov 28 961 6 3 0
İsnik Alimi 27 2430 8 7 0
Məqsəd İsayev 27 2430 1 6 0
Rövlan Muradov 27 1743 3 4 0
Murad Musayev 26 2340 2 5 0
Nicat Mehbalıyev 26 2340 -31 3 0
Ruan Renato 26 2339 2 5 1
Rafael Utziq 26 2327 6 5 0
Urfan Abbasov 26 2207 1 3 0
Stefan Vukçeviç 26 1969 0 7 1
Asif Məmmədov 22 1692 1 6 0
Omar Hani 21 1325 2 1 1
Fernan Lopes 16 1050 1 7 0
Emil Səfərov 16 533 2 3 0
Ehtiram Şahverdiyev 13 389 1 2 1
Patrik Robson 10 444 0 0 0
Rüfət Əhmədov 8 506 0 3 0
Kamal Mirzəyev 5 41 0 2 0
Yaovi Akakpo 4 306 2 0 0
Kristof Atanqana 2 180 -3 0 0
Hüseyn Mürsəlov 2 143 0 0 0

Bənzər xəbərlər