featured-image-30526

Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turnirinə start verilib. Msport.az xəbər verir ki, yarışın ilk günündə milli komandamızın 7 üzvü tatamiyə çıxıb

Kamran Süleymanov (66 kq) finala yüksəlsə də, həlledici görüşdə David Qarsiyaya (İspaniya) uduzaraq gümüş medal qazanıb.

Qadınların yarışında 52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva bürünc medal uğrunda görüşdə ispaniyalı  Ariana Toro üzərində qələbə qazanıb.

Nazir Talıbov, Əhməd Yusifov (hər ikis 60 kq), Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Fidan Əlizadə (57 kq) mükafatsız qalıblar.

 

Bənzər xəbərlər