featured-image-4180

Luka Quqeşaşvili “Qarabağ”da qalacaq. Msport.az xəbər verir ki, Ağdam klubu gürcüstanlı qolkiperin transfer hüququna yiyələnib. Tərəflər artıq müqaviləyə imza atıb.

23 yaşlı qolkiper keçən qış Polşanın “Yagelloniya” klubundan icarəyə götürülüb. Gürcüstan millisinin üzvü “Qarabağ”da ümumilikdə 10 oyunda forma geyinib. (Futbolinfo)

Bənzər xəbərlər