featured-image-3413

“Qarabağ” baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında 250-ci qələbəsini qazanıb.

Msport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XVI turdan təxirə salınmış “Sumqayıt”la oyunda baş verib.

5:0 hesabı ilə qalib gələn Ağdam klubu 50 yaşlı mütəxəssislə 250-ci dəfə üç xal əldə edib.

2008-ci ilin yayından “Qarabağ”a rəhbərlik edən Qurbanov bu müddətdə komandanı 416 çempionat görüşünə çıxarıb. Bunların 250-də qələbəyə sevinən mütəxəssis 105 heç-heçə və 61 məğlubiyyət də yaşayıb.

Qeyd edək ki, Qurban Qurbanov həm bir komanda ilə, həm ümumi qələbə sayında baş məşqçilər arasında ölkə çempionatları tarixinin rekordçusudur.

Bənzər xəbərlər