featured-image-26893

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov yaxın vaxtlarda yeni vəxifəyə təyinat alacaq. Msport.az-ın əldə etdiyi məlumata görə,  o, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə rəis təyin olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 dekabr 2022-ci il tarixdə Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Şəhər Gəclər və İdman İdarəsi ilə yanaşı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan Regional Gənclər və İdman İdarələri yaradılır.

Xatırladaq ki, Raqif Abbasov 2007-ci ildən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

AYXAN 

Bənzər xəbərlər