Rauf Cabbarova UEFA-dan təyinat
FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.
Msport.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsinin Yunanıstan – Lixtenşteyn matçını idarə edəcək.
Cabbarova yan xətt hakimləri qismində Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Görüş martın 25-də keçiriləcək.