featured-image-6664

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

Msport.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 8-ci turda qara fiqurlarla Fransa təmsilçisi Alireza Firuzca ilə üz-üzə gəlib. Matç 93-cü gedişdə “sülh”lə yekunlaşıb.

Bu turnirdə qələbəyə həsrət olan Teymur 2 və 7-ci turlarda ABŞ təmsilçiləri Hikaru Nakamura və Fabiano Karuanaya uduzub, qalan bütün görüşlərində isə heç-heçəyə razılaşıb.

Azərbaycan şahmatçısı hazırda 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider 6 xala sahib Yan Nepomnyaşidir.

Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

İddiaçılar Turniri
8-ci tur
25 iyun

Alireza Firuzca (Fransa) – Teymur Rəcəbov (Azərbaycan) 0,5;0,5
Yan Nepomnyaşi (FIDE) – Dinq Liren (Çin) 0,5:0,5
Rixard Rapport (Macarıstan) – Yan-Kşiştof Duda (Polşa) 1:0
Hikaru Nakamura (ABŞ) – Fabiano Karuana (ABŞ) 1:0

Xal durumu: Nepomnyaşi – 6, Karuana – 5, Nakamura – 4,5, Rapport – 4, Liren – 3,5, Duda, Rəcəbov, Firuzca – 3.

Bənzər xəbərlər