featured-image-3512

AFFA-nın təşkil etdiyi Region Liqasında ilk yarımfinal oyunu keçirilib.

Msport.az xəbər verir ki, ASK Arenada “Cəbrayıl” və “Qusar” komandaları üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn “Cəbrayıl” finala yüksəlib.

Digər finalçının adı sabah keçiriləcək “Xan Lənkəran” – “Araz Naxçıvan” görüşündən sonra məlum olacaq.

Qeyd edək ki, Region Liqasının final qarşılaşması  mayın 20-də Şamaxı şəhər stadionunda olacaq.  Oyun saat 16:00-da başlayacaq.

Bənzər xəbərlər