RƏSMİ: "Turan Tovuz" "Mançester Siti"nin sabiq oyunçusu ilə müqavilə bağladı
“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, Qərb klubu qanalı yarımmüdafiəçi Divayn Naanı transfer edib.
27 yaşlı oyunçu ilə 3 ay + 1 il müddətinə rəsmi müqavilə imzalanıb. O, “Turan Tovuz”da 24 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Divayn Naa daha əvvəl İngiltərənin “Mançester Siti”, Norveçin “Strömqodset”, Niderlandın “Breda”, Danimarkanın “Norşellan”, Osveçin “Örebro” (İsveç), Belçikanın “Tubiz”, İsrailin “Hapoel” (Raanana) və Maltanın “Mosta” komandalarının formasını geyinib. Onun son klubu Litva “Jalgiris”i olub.







