featured-image-30387

Ümumdünya Taekvondo Federasiyası Bakıda keçiriləcək dünya çempionatına 14 rus və 9 belaruslu idmançının buraxıldığını açıqlayıb.

Msport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, taekvondoçular Azərbaycan paytaxtında təşkil olunacaq yarışda neytral statusda çıxış edəcəklər.

Onlar Bakıya gəldikdən sonra iştirak şərtlərinə tam əməl edəcəklərinə məcburi bəyannamə imzalayacaqlar.

Yarışa dəvət olunan idmançının hər birinin namizədliyi üç yoxlama mərhələsindən keçib. Qurumun bəyanatına görə, iki idmançı qəbul şərtlərinə cavab verməyib. Bunlar Rusiyaya Tokio-2020 Yay Olimpiya oyunlarında qızıl medal qazandırmış Maksim Xramtsov və Vladislav Larindir.

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək.

Bənzər xəbərlər